UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. 
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avro-2020-nin seçmə mərhələsi keçiriləcək Malta – Norveç oyununu idarə edəcək. Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Qeyd edək ki, oyun noyabrın 18-də Ta Qalidəki Milli stadionda olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər