UEFA-dan Cüneyt Çakıra şok cəza - VİDEO

UEFA-dan Cüneyt Çakıra şok cəza - VİDEO

UEFA türkiyəli hakim Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni turnirdən kənarlaşdırmağa qərar verib.

Buna onların Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Milan" - "Atletiko" oyununda (1:2) səhvə yol vermələri səbəb olub.

Qeyd edək ki, Cüneyt Çakır sözügedən matçın 29-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Frank Kessini meydandan qovub. Görüşün sonlarında isə o, "Milan"ın qapısına penalti təyin edib. Abdulkadir Bitigen isə bu oyunda VAR hakimi olub.

Mənbə: Offsideplus.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər