UEFA-dan Cüneyt Çakıra növbəti etimad Türkiyənin ən öndə gedən futbol hakimlərindən olan Cüneyt Çakır daha bir vacib qarşılaşmanı idarə edəcək.
Fanat.az xəbər verir ki, bu dəfə UEFA təcrübəli referini Avropa Liqası çərçivəsində keçiriləcək "Borussiya" - "Tottenhem" matçının baş hakimi təyin edib.
Qeyd edək ki, martın 10-da "Siqnal İduna Park"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Fanat.az