UEFA-dan Azərbaycan təmsilçilərinə təyinat

UEFA-dan Azərbaycan təmsilçilərinə təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, Slovakiyada “Slovan” və İsveçrə “Bazel”i arasında keçiriləcək qrup mərhələsinin 4-cü tur matçında hakimlərin işinə qiymət verəcək.

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov isə eyni turda keçiriləcək “Styaua” (Rumıniya) – “Silkeborq” (Danimarka) görüşündə UEFA nümayəndəsi olacaq.

Hər iki oyun oktyabrın 13-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər