UEFA Avropa Liqasına marağı artırmaq üçün yeni addım atıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, bundan sonra turnirin qalibi növbəti mövsümdə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək.
Bu zaman həmin klubun milli çempionatdakı nəticələri nəzərə alınmayacaq. Yəni ölkə çempionatında sonuncu pilləni tutan komanda belə birbaşa Çempionlar Liqasının qrup mərhələsinə qatıla bilər. Bununla bağlı bu gün qərar qəbul olunub.
Qeyd edək ki, bundan əvvəl Çempionlar Liqasının qalibinə eyni status verilirdi. Belə ki, turnirin qalibi ölkə çempionatında avrokuboklara vəsiqə qazanmasa belə, yarışın qrup mərhələsində iştirak etmək hüququ qazanırdı.
Fanat.az