UEFA-dan AÇ-2024-lə bağlı yenilik: "Pandemiya norması" ləğv edildi

UEFA-dan AÇ-2024-lə bağlı yenilik: "Pandemiya norması" ləğv edildi

UEFA AÇ-2024-lə bağlı reqlamentə dəyişiklik edib. 

Fanat.Az turnirin rəsmi saytına istinadən xəbər verir ki, milli komandaların iştirak ərizələri qısaldılacaq.   Koronavirus pandemiyasının başlamasından sonra milli komandalara əsas turnirlər üçün 26 oyunçu sifariş etməyə icazə verilirdisə, AÇ-2024 üçün bu norma ləğv edilib.

Beləliklə, iştirakçılar yenə 23 futbolçu sifariş edə biləcək. Bununla belə, təşkilatçılar hər matçda üç əvəzetmə dəyişikliyinə qayıtmağı planlaşdırmırlar.

Komandalar son ərizələrini iyunun 7-dək təqdim etməlidirlər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər