UEFA çempionatların 30 iyuna kimi bitməsini istəyir

UEFA çempionatların 30 iyuna kimi bitməsini istəyir
UEFA koronavirus pandemiyası ilə bağlı fasilə bitdikdən sonra Avropa daxilində bütün liqaların eyni vaxtda yenidən başlamasının tərəfdarıdı.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, Avropanın ali futbol qurumu daxili çempionatların 30 iyuna kimi bitməsini istəyir. UEFA Çempionlar Liqası və Avropa Liqasının da sona kimi oynanılmasını dəstəkləyir.
Premyer Liqa klubları 19 martda keçiriləcək fövqəladə iclas zamanı UEFA-nın təklifini dəyərləndirəcəklər.
Bugünkü iclasda Avropa çempionatının 2021-ci ilə təxirə salınması məsələsi də müzakirə olunacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər