UEFA "böyük oyun"u Çakıra tapşırdı

UEFA "böyük oyun"u Çakıra tapşırdı
FIFA referisi Cüneyt Çakıra növbəti təyinatı verib.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk referi Çempionlar Liqasının yarımfinal mərhələsinin "Liverpul"la "Barselona" arasındakı cavab matçını idarə edəcək.
Cavab qarşılaşması mayın 7-də "Enfild Roud" stadionunda olacaq. Komandalar arasında dünən keçirilən ilk görüşdə ispanlar rəqibinə 3 cavabsız qolla qalib gəliblər. 
Qeyd edək ki, bu, Çakırın 2018/19 mövsümündə Çempionlar Liqasında oyunlarına aldığı 7-ci təyinatdı. O, son olaraq, 1/4 final mərələsində "Mançester Siti"nin "Tottenhem"i 4:3 hesabı ilə məğlub etdiyi matçda ədaləti qoruyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər