İngiltərənin "Independent" qəzeti maraqlı xəbər yayıb. Fanat.az xəbər verir ki, qəzet UEFA prezidenti Mişel Platinin AVRO-2020-ni daha maraqlı etmək üçün Braziliya, Argentina, Meksika və Yaponiya kimi ölkələri dəvət etməyi planlaşdırdığını iddia edib.
Lakin UEFA xəbəri təkzib edib. Qurum rəsmi açıqlamasında Avropa çempionatına kənarda komanda dəvət etmək niyyətində olmadıqları və xəbərin əsassız olduğu bildirilib.