UEFA BOS-a yüksək qiymət verdi

UEFA BOS-a yüksək qiymət verdi

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

 

Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, İngiltərənin "Çelsi” və "Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu yerli vaxtla saat 23:00-da başlayaq.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər