UEFA və Belarus Futbol Federasiyası (BFF) Çexiya Futbol Assosiasiyasından BFF-nin sədri Vladimir Bazanovun düşdüyü vəziyyətlə bağlı yardım istəyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Denik N" yayıb.
Daha öncə eyni mənbə Bazanov və xanımının ölkəyə giriş icazələri olmadığı üçün Çexiya polisi tərəfindən saxlandıqlarını bildirmişdi.
Qeyd edək ki, DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində bu gün keçirilməli olan Çexiya və Belarusun qadınlardan ibarət futbol yığmalarının oyunu təxirə salınıb.
Nihat