UEFA Azərbaycan yığmasına 3 texniki məğlubiyyət verdi

UEFA Azərbaycan yığmasına 3 texniki məğlubiyyət verdi

UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına 3 texniki məğlubiyyət verib.

Fanat.Az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın koronavirusa yoluxma hallarına görə Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxa bilməməsi səbəb olub.

Qeyd edək ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun COVID-19 testi müsbət çıxdığından komanda Norveç, Belçika və Lüksemburqla matçlarda iştirak edə bilməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər