UEFA Avropa çempionatının oyunlarını İsraildən aldı

UEFA Avropa çempionatının oyunlarını İsraildən aldı

UEFA 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində İsraildə keçirilməsi nəzərdə tutulan 12-ci qrupun oyunlarını təxirə salıb.

Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

İsraildə oktyabr ayı üçün altı oyun planlaşdırılıb: Belçika – Cəbəllütariq, Uels – İsrail (11 oktyabr), Belçika – Uels, İsrail – Cəbəllütariq (14 oktyabr), İsrail – Belçika, Cəbəllütariq – Uels (17 oktyabr).

UEFA matçların yeni tarixini və məkanlarını hələ açıqlamayıb.

Oktyabrın 7-də HƏMAS İsrailə hücum edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər