UEFA avrokuboklar üçün yeni format hazırlayır

UEFA avrokuboklar üçün yeni format hazırlayır

UEFA Avropa klub turnirlərinin formatının yenidən dəyişdirilməsi variantını öyrənir. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb. 

Yeniliyin 2027-ci ildən tətbiq olunacağı gözlənilir.

Mənbənin məlumatına görə, avrokuboklarda üç divizionun tətbiqi nəzərdən keçirilir: Superliqa, Avropa Liqası və Namizədlər Liqası.  Plana görə, Avropa Liqasında ilk 2 yeri tutan komanda Superliqaya yüksələcək. İkinci və üçüncü divizionlar arasında isə dörd komanda var-gəl edəcək.

Yeni varianta UEFA İcraiyyə Komitəsi 2023-cü il oktyabrın sonunda baxacaq. 

Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasında İsveçrə sistemi əsasında yeni yarış formatı tətbiq olunacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər