UEFA avrokuboklar üçün büdcəni açıqladı - MƏBLƏĞ

UEFA avrokuboklar üçün büdcəni açıqladı - MƏBLƏĞ

UEFA 2022/2023 mövsümündə avrokubokların mükafat fondunun bölüşdürülməsi sxemini dərc edib.

Fanat.Az xəbər verir ki, qitə turnirlərinin ümumi mükafat fondu 3,5 milyard avrodur. 

Bunun 465 milyonu Avropa Liqasında çıxış edən klublar, 235 milyonunu isə Konfrans Liqasının iştirakçıları alacaq.

Təbii ki, mükafatın böyük hissəsi Çempionlar Liqasına ayrılıb - 2,032 milyard. Qrup mərhələsinin bir addımlığında, yəni pley-off mərhələsində mübarizədən kənarlaşdırılan klubların hər biri 5 milyon qazanacaq. Turnirin qrup mərhələsinə yüksələnlər isə büdcəsini 15,64 milyon avro zənginləşdirəcək.

Qrupdakı hər qələbəyə görə iştirakçılar 2,8 milyon, heç-heçəyə görə isə 930 min qazanacaq. ÇL-in 1/8 finalına çıxmaq klublara 9,6 milyon, 1/4 finala çıxmaq 10,6 milyon, 1/2 final 12,5 milyon, finalda oynayanlar isə 15,5 milyon qazandıracaq. Çempionlar Liqasının qalibi əlavə 4,5 milyon avro alacaq.

Həmçinin UEFA Superkuboku uğrunda matçda onun iştirakçısı hərəyə 3,5 milyon, qalib əlavə bir milyon qazanacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər