UEFA "AVRO-2024"ün ev sahibliyini Türkiyəyə vermədi - FOTO

UEFA "AVRO-2024"ün ev sahibliyini Türkiyəyə vermədi - FOTO
Futbol üzrə 2024-cü il Avropa çempionatının keçiriləcəyi ölkəni açıqlayıb.
Fanat.Az xəbər verir ki, bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasından sonra elan olunub. Qalibin adını açıqlayan qurumun prezidenti Aleksandr Çeferin bildirib ki, yarış Almaniyada təşkil olunacaq.
 
UEFA "AVRO-2024"ün ev sahibliyini Türkiyəyə vermədi - FOTO
Qeyd edək ki, Almaniya Avropa çempionatının oyunlarını Berlin ("Olimpiaştadion", 70,033 nəfərlik), Köln ("Köln" stadionu, 46,922), Dortmund ("BVB Stadion", 61,524), Düsseldorf ("Düsseldorf Arena", 46,264), Frankfurt ("Frankfurt Stadion", 48,057), Gelzenkirhen ("Arena AufSchalke", 49,471), Hamburq ("Hamburq Arena", 50,215), Leyptsiq ("RB Arena", 46,635), Münhen ("Münhen Futbol Arenası", 66,026) və Ştutqart ("Ştutqart Arena", 50,998) şəhərlərində təşkil edəcək.
Onu da qeyd edək ki, "AVRO-2024"ə ev sahibliyi uğrunda Almaniya ilə yanaşı, Türkiyə də mübarizə aparırdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər