UEFA Asim Xudiyevi əziyyətə salmadı

UEFA Asim Xudiyevi əziyyətə salmadı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Azərbaycandakı avrokubok oyununa təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, “Qəbələ”nin UEFA Gənclər Liqasının 1-ci mərhələsində Macarıstan “Puşkas Akademiyası”na qarşı keçirəcəyi oyununun hakim-inspektoru olacaq.

Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Oktyabrın 4-də Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 16:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər