UEFA Ansi Aqollinin komandasını cəzalandırdı

UEFA Ansi Aqollinin komandasını cəzalandırdı

UEFA AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən və yarımçıq dayandırılan Serbiya - Albaniya matçı ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, ali futbol qurumu hər iki komandanı cəzalandırıb.

Hakimlərin və UEFA nümayəndələrinin matçın azarkeşsiz davam etməsi tələbəni rədd edən Albaniyaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin Albaniya Futbol Federasiyası 100 min avro cərimə edilib.

Serbiya isə təhlükəsizliyi təmin etmədiyi üçün cəzalandırılıb. Millinin seçmə mərhələdə 3 xalı silinib və federasiya 100 min avro cəzalandırılıb.

Qeyd edək ki, həmin matçda Albaniya yığmasının heyətində "Qarabağ"ın futbolçusu Ansi Aqolli də oynayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər