UEFA AÇ-2024-ün ən yaxşı qolunu açıqladı

UEFA AÇ-2024-ün ən yaxşı qolunu açıqladı

UEFA AÇ-2024-ün ən yaxşı qolunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, İspaniya millisinin 17 yaşlı futbolçusu Lamin Yamalın 1/2 finalda Fransaya vurduğu qol fərqləndirilib.

Həmin matçın 21-ci dəqiqəsində topu cərimə meydançasına girmədən uzaq "doqquzluğ"a göndərən gənc vinger bütün rəqiblərini qabaqlayıb.

UEFA AÇ-2024-ün ən yaxşı qolunu açıqladı

İlk "3-lük"dəki digər qollara gəlincə, bunlar İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellingemin 1/8 finalda Slovakiyanın qapısından aşırma zərbə ilə keçirdiyi və Cerdan Şakirinin qrup mərhələsinin 2-ci turunda Şotlandiyaya vurduğu qollardır.

Qeyd edək ki, İspaniya finalda İngiltərə seçməsini yenərək (2:1) turnirin qalibi olub. "Buğalar" bu qələbə sayəsində Avropa çempionluğunu ən çox (4 dəfə) bayram edən komanda ünvanına da sahib çıxıblar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər