UEFA 76 klubla bağlı araşdırmalara başlayıb. Fanat.az xəbər verir ki, bu barədə BBC quruma yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin klublar Maliyyə Fair-Play (FFP) qaydalarına necə riayət etməsi yoxlanılır. Qeyd olunub ki, 2012-ci ildə gəlirləri xərclərindən az olan həmin klubların ötən il FFP-yə necə əməl etmələri yoxlanılır. Yoxlamaların nəticəsinə uyğun olaraq bu klublarla bağlı qərarlar veriləcək. FFP qaydalarına cavab verməyən klubların adları aprel ayının sonlarında açıqlanacaq.
Fanat.az