UEFA 6 Avropa klubunu cəzalandıra bilər. Fanat.az xəbər verir ki, futbol qurumu həmin klublarla bağlı araşdırmalara başlayıb.
Qurumun rəsmi internet saytının yaydığı məlumatda bildirilir ki, "Skonto" (Latviya), "Slask" (Polşa), "Vitoriya" (Portuqaliya), "Metallurq" (Donetsk, Ukrayna), "Panduri" (Rumıniya) və "Petrolul" (Romıniya) ilə bağlı araşdırmalar aparılar. UEFA-nın Maliyyə Fair-Playı Komitəsinin apardığı araşdırmaların nəticəsindən aslı olaraq klublara cəza variləcək. Onlar avrokuboklardan kənarlaşdırıla bilər.
Qeyd edək ki, UKFA sentyabr ayında futbolçuların maaşlarını, transfer haqqlarını və vergilərini ödəməyən 31 klubla bağlı araşıdmaralın başladığını açıqlamışdı. Artıq 25 klubla bağlı araşdırmalar başa çatıb və onların günahları sübuta yetirilməyib.
Fanat.az