UEFA 3 klubu cəzalandıracaq

UEFA 3 klubu cəzalandıracaq
UEFA "Qalatasaray", "Bazel" və "Borussiya” ( Dortmund) klublarına qarşı intizam qaydalarının pozulması maddəsi ilə araşdırmalara start verib. Fanat.az xəbər verir ki, “Qalatasaray”ı çətin vəziyyətə salan azarkeşlərin “Arsenal”la oyunda meydana fişəng atması olub. Xatırladaq ki, vəziyyət Sneyderin fanatlara müraciətindən sonra qaydasına düşmüşdü.
 
"Borussiya" da eyni səbəblərə görə cəzalandırıla bilər. "Bazel"in isə "Liverpul"la qarşılaşmada meydana atılan yad cisimlərə görə cəzalandırılacağı bildirilir.
 
Bütün məsələlərə qurumun İntizam Komitəsi tərəfindən oktyabrın 16-da baxılacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər