Bernhard Lippert 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçi postunda son oyununa çıxır. Sabah Portuqaliya ilə oyunda sonuncu dəfə komandanın başında olacaq alman məşqçi bundan sonra işini AFFA-nın texniki direktoru kimi davam etdirəcək.
Fanat.az piasport.az saytına istinadən xəbər verir ki, artıq U-21-in yeni baş məşqçisinin kimliyi də müəyyənləşib. Belə ki, AFFA bu postu Ağasəlim Mircavadova tapşırmaq niyyətindədi. Əslində asossiasiya rəhbərliyinin uzun müddətdən bəri belə bir planı var. Hətta Mircavadova komandanın oyunlarını izləmək və heyəti yaxından tanımaq tapşırığı verilmişdi. Onun təyinatı oktyabr-noyabr aylarında rəsmiləşəcək.
Piasport.az