U-21 baş məşqçisiz qaldı - RƏSMİ

U-21 baş məşqçisiz qaldı - RƏSMİ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi baş məşqçisiz qalıb.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan Obradoviçlə müqavilənin müddəti başa çatıb. 

Serbiyalı mütəxəssislə müqavilə yenilənməyib. AFFA Obradoviçə fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Assosiasiyanın rəsmi saytında yer alan xəbərdə həmçinin qeyd olunub ki, U-21-in baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək. Qeyd edək ki, serbiyalı mütəxəssis 2019-cu ildən U-21-i çalışdırırdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər