U-19-un Sloveniya toplanışı baş tutmayacaq - SƏBƏB

U-19-un Sloveniya toplanışı baş tutmayacaq - SƏBƏB

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası sentyabrın sonunda təlim-məşq toplanışı məqsədi ilə bir araya gələcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, əvvəlcə Qəbələdə hazırlıq keçəcəyi dəqiqləşən U-19-un ölkə xaricinə yollanması planlaşdırılsa da, yığma Sloveniyaya getməyəcək.

Belə ki, Elgiz Kərəmlinin baş məşqçisi olduğu kollektivin üzvlərinə viza almaq mümkün olmadığı üçün hazırlığın Sloveniya hissəsi təxirə salınıb.

Qeyd edək ki, "Şəfa"nı ötən mövsüm Premyer Liqaya çıxaran Elgiz Kərəmli U-19-a ötən ay baş məşqçi təyin olunub. O, bu postda Elxan Abdullayevi əvəzləyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər