U-19 son oyunda da məğlub oldu

U-19 son oyunda da məğlub oldu

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının ikinci seçmə mərhələsində son oyununu keçirib.

Fanat.Az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan komanda Monteneqro ilə üz-üzə gəlib.

Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın yeganə qolunu 66-cı dəqiqədə Aysel Ziyadova vurub.

Millimiz daha əvvəl keçirdiyi matçlarda Şimali İrlandiyaya və Albaniyaya 0:4 hesabı ilə məğlub olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər