Bu gün AFFA U-10 və U-12 liqasının Qərb zonası üzrə yarışları başa çatıb.
Fanat.Az xəbər verir ki, Qərb Regional Futbol Federasiyası tərəfindən sözügedən liqalarda nümunəvi davranışları ilə seçilən futbolçulara “Fair-Play” Fəxri Fərmanları təqdim olunub.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən tədbirdə liqalar üzrə məşqçilər tərəfindən seçilmiş futbolçulara Fəxri Fərmanları QRFF-nin koordinatoru Rasim Əliyev, AFFA Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin Qərb zonası üzrə nümayəndəsi Vüsal Qocayev, məşqçilər və valideynlər təqdim ediblər.
Fərqlənən futbolçuların siyahısı belədir:
U-10 Liqa 1. Yusif Comərdov, “Ağstafa Gəncləri” 2. Rəhim Abbaszadə, “Şəmkir” 3. Hüseyn Namazov, “Yasamal” (Şəmkir) 4. Zahid Əliyev, “Avey” (Ağstafa) 5. Mənsur Budaqov, “Qazax-Siti” 6. Mirnihat Əliyev, “Gülül” (Ağstafa) 7. Ricay Məmmədzadə, “ Turan Tovuz” 8. Arda Əhmədov, “ Hünər” (Tovuz) 9. Tunar Əliyev, “Olimpiya” (Tovuz)
U-12 Liqa 1. Arif Məsmalıyev, “Ağstafa Gəncləri” 2. Uğur Məmmədov, “Şəmkir” 3. Həsən Atayev, “Yasamal” (Şəmkir) 4. Məqsəd Bayramov, “Avey” (Ağstafa) 5. Cəfər Həsənli, “Qazax-Siti” 6. İbrahim Əlizadə, “Gülül” (Ağstafa) 7.Süleyman Əsgərzadə, “Turan Tovuz” 8. Hüseyn Həsənli, “Hünər” (Tovuz) 9. Hüseyn Əliyev, “Olimpiya” (Tovuz) 10. Ümid Qasımov, “Qazax Gənclər”