Tyerri Anri İngiltərə klubuna baş məşqçi gəlir

Tyerri Anri İngiltərə klubuna baş məşqçi gəlir
"Arsenal”ın sabiq futbolçusu Tyerri Anri yenidən İngiltərəyə qayıda bilər. 
Fanat.Az xəbər verir ki, keçmiş hücumçunun "Bornmut”u çalışdıracağı ilə bağlı informasiyalar yayılıb.
 
Tərəflər arasında razılıq əldə olunub və Çempionşip təmsilçisi yaxın zamanda Anrinin təyinatını rəsmən açıqlayacaq.
 
Anri hazırda ABŞ-ın "Monreal İmpakt” klubunda baş məşqçilik edir. 43 yaşlı mütəxəssis daha əvvəl Fransada "Monako”nu çalışdırıb, Belçika yığmasında isə köməkçi məşqçi kimi işləyib.
 
Sabiq hücumçu futbolçu karyerası ərzində 1999-2007-ci illər aralığında İngiltərədə "Arsenal”ın şərəfini qoruyub.
 
"Bornmut” Çempionşipdə 30 turdan sonra 6-cı sıradadır.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər