"Xəzər Lənkəran"ın braziliyalı Tyeqo ilə danışıqlar aparması barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, mərkəz müdafiəçisi artıq komandanın düşərgəsindədi. Onunla danışıqlar prosesi yekunlaşıb və rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, tam adı Villian Tyeqo de Xesus olan futbolçunun son iş yeri "Fiqueyrense" olub. 27 yaşlı mərkəz müdafiəçisi B Seriyası klubunun heyətində 43 oyuna çıxıb və 4 qol vurub. Tyeqo karyerasına "Serqipe"də başlayıb. 2007-ci ildə "Qremio"ya keçən futbolçu 2012-ci ilədək bu kluba məxsus olub və 40-dan artıq oyuna çıxıb. Mərkəz müdafiəçisi 2010-cu ildə Cənubi Koreyanın "Kyoto Sanqa" (11 oyun), 2011-də Braziliyanın "Bahiya" (21 oyun), 2012-də "Ceara" (31 oyun, 1 qol) klublarına icarəyə verilib.
Fanat.az