Tuyqun Nadirov: "Əcnəbi hakim variantını dəstəkləmirik"

Tuyqun Nadirov: "Əcnəbi hakim variantını dəstəkləmirik"

Cari mövsüm kobud hakim səhvləri bir-birini əvəz etməkdədi. Bu isə istər-istəməz əcnəbi hakim məsələsini yenidən gündəmə gətirir.

 

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov bunun çıxış yolu olmadığını düşünür: “Şəxsən biz əcnəbi hakim variantını dəstəkləmirik. Çünki bu çıxış yolu deyil və əcnəbi hakimin gəlişi heç nəyi dəyişməyəcək. Nə vaxta kimi əcnəbi hakim gətirəcəksən? Sən əcnəbi hakim gətirsən beynəlxalq aləmdə sənin futbolunun inkişafına olan inam da azalacaq. Odur ki, öz hakimlərimizdən istifadə etməliyik, gənc hakimlərə etibar etməkdə davam etməliyik. Ancaq hakimlər dəöz üzərlərində işləməli və son dərəcədə məsuliyyətli olmalıdırlar”.

Rekord.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər