Tuyqun Nadirov: "Bunun səbəbini “Fənərbaxça”dan öyrənmək lazımdır"

Tuyqun Nadirov: "Bunun səbəbini “Fənərbaxça”dan öyrənmək lazımdır"

Xəbər verdiyimiz kimi dünən “Xəzər Lənkəran” “Fənərbaxça” oyunundan əvvəl korner.az saytının əməkdaşı Səxavət Qurbanov “Qalatasaray” forması ilə məşqi izlədiyi üçün meydandan çıxarılıb. Hadisə ilə bağlı Lənkəran təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Klub rəsmisi Fanat.az-a açıqlamasında bunları bildirib:“Oyundan əvvəl bizə bildirdilər ki, bir qrup azarkeş “Qalatasaray” forması ilə stadiona daxil olub xuliqanlıq etmək istəyir. Amma jurnalist dostumuz oyundan əvvəl qonaqların məşqini izlədiyi vaxtda meydandan kənarlaşdırılıb. Biz klub olaraq heç bir jurnalistə qarşı təzyiq göstərmərik. Bütün jurnalistlər bizim dostumuzdu. Amma qonaqların məşq prosesinə biz qarışa bilmərik. Bu onların səlahiyyətində olan bir işdi. Bunun səbəbini “Fənərbaxça”dan öyrənmək lazımdır. Bildirmək istəyirəm ki, “Xəzər Lənkəran”la bağlı hansısa bir jurnalistlə problem yaşanarsa, biz onu aradan qaldırarıq”.Jurnalistlərə qapılarının açıq olduğunu bildirən Nadirov təbriki də yaddan çıxarmadı: “Bu gün Milli Mətbuat Günüdü. Bu münasibətlə bütün jurnalistləri “Xəzər Lənkəran” klubu adından təbrik edir, onlara iş və şəxsi həyatlarında uğurlar arzulayırıq”.İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər