Turun üzünü "Xəzər Lənkəran" "ağartdı"

Turun üzünü "Xəzər Lənkəran" "ağartdı"
Premyer Liqanın XI turunun 5 oyununu 8950 azarkeş izləyib. Fanat.az xəbər verir ki, bu hər oyuna orta hesabla 1790 nəfər deməkdi.
Ən çox azarkeş "Xəzər Lənkəran" - "Qarabağ" oyununa toplaşıb. Belə ki, matçı 7500 nəfər izləyib. Digər 4 qarşılaşmada isə 500-dən aşağı azarkeş olub:
Xəzər Lənkəran - Qarabağ (7500 tamaşaçı)
Qəbələ - Sumqayıt (500 tamaşaçı)
Simurq - Neftçi (450 tamaşaçı)
Rəvan - Bakı (300 tamaşaçı)
AZAL - İnter (200 tamaşaçı)
Ümumilikdə, çempionatın arxada qalan 11 turunun 55 matçını 98350 nəfər izləyib ki, bu da hər matça orta hesabla 1788 nəfər deməkdi. Ən çox azarkeş IV turda "Xəzər Lənkəran" - "Neftçi" oyununa toplaşıb - 10000. I turun "Simurq" - "Rəvan" və VI turun "Simurq" - "Sumqayıt" matlarında isə 150 nəfər olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər