Almaniyanın II Bundesliqasında XIX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Eratın forma geyindiyi "Fortuna" evdə meydana çıxıb.
Düsseldorf təmsilçisi lider "Köln"ü qəbul edib. İlk yarıda iki qol buraxan "Fortuna" 55-62-ci dəqiqlərdə tarazlığı bərpa etsə də, 75-ci dəqiqədə məğlubiyyətə səbəb olan qola əngəl ola bilməyib - 3:2.
Tuğrul ardıcıl üçüncü matçda start heyətində yer alıb və 90 dəqiqə oynayıb. 21 yaşadək futbolçulardan ibarət millimizə namizəd Eren Taşkın isə bu gün II Bundesliqada debüt edib. 46-cı dəqiqədə Oliver Finkin əvəzinə meydana çıxan Taşkın 88-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, 19 turda 25 xal toplayan "Fortuna" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Almaniya
II Bundesliqa
XIX tur
22 dekabr
17.00 Fortuna - Köln 2:3
Qollar: Ervin Hoffer, 55. Çarlison Benskop, 62 - Antoni Uyah, 30; 75. Patrik Helmes, 38.
Fortuna: Fabian Qiefer, Stilianos Malezas, Dustin Bomheuer (Kristian Veber, 54), Tobias Levels, Martin Latka, Oliver Fink (Eren Taşkın, 46), Kristian Qartner, Ben Halloran (Stefan Reysinger, 80), Tuğrul Erat, Ervin Hoffer, Çarlison Benskop.
Ehtiyat oyunçular: Mixael Rensinq, Bruno Suares, İvan Paureviç, Andreas Lamberts.
Fanat.az