Tuğrul Eratın yeni baş məşqçisi müəyyənləşdi

Tuğrul Eratın yeni baş məşqçisi müəyyənləşdi
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Tuğrul Eratın yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, II Bundesliqada çıxış edən "Fortuna"ya bundan sonra Lorens-Qunter Köstner başçılıq edəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 62 yaşlı mütəxəssislə 2014/15 mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, "Fortuna"nın baş məşqçisi Mike Büskens noyabrın sonunda istefa vermişdi. Bundan sonra rəhbərlik komandanı müvəqqəti olaraq Oliver Rekə tapşırmışdı. Düsseldorf təmsilçisi onun rəhbərliyi altında 2 qələbə qazanıb və 1 oyunda məğlub olub.
Rek "Fortuna"nın başına keçdikdən sonra U-23 komandasında Azərbaycan U-21-nin üzvü Tuğrul Eratla bu komandamıza namizəd olan Eren Taşkını əsas heyətə cəlb etmişdi. Tuğrul onun rəhbərliyi altında hər 3 oyunda 90 dəqiqə meydanda olub və 1 qol vurub. Eren isə bir matçda 42 dəqiqə oynayıb.
"Fortuna"nın yeni baş məşqçisi Lorens-Qunter Köstnerin son iş yeri "Volsfburq" olub. O, 2009-cu ildən bu komandanın əsas və əvəzedici heyətlərinə başçılıq edib. 62 yaşlı mütəxəssis əvvəllər Almaniyanın "Bavariya Hof", "Reutlingen", "Frayburq", "Hessen Kassel", "Ştutqart Kickers", "Unteraxinq", "Köln", "Karlsruher", "Hoffenhaym" və "Rot-Veyss Essen" klublarına başçılıq edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər