Almaniyanın "Ştutqart” klubunun idarəçiləri Bundesliqanın son turunda "Hannover”dən alınan 1:3 hesablı yenilginin ardından baş məşqçi Tayfun Korkutu istefaya göndərib.
Fanat.Az xəbər verir ki, rəhbərlik Korkutun köməkçiləri İliya Ararik, Steven Çerundolo ilə də iş birliyinə son verildiyini açıqlayıb.
"Ştutqart” bu mövsüm Bundesliqada keçirdiyi 7 oyunda 1 qələbə qazana bilib, 4 oyunda məğlub olub, 2 heç-heçə edib.
Sözügedən klub yayda türk mütəxəssis və köməkçiləri ilə 2020-ci ilədək nəzərədə tutulmuş yeni müqavilə imzalamışdı.
Fanat.Az