"Klubun maddi durumu hər kəsə bəllidi. Bu şərtlərdə transfer etmək imkanımız yoxdu. Əlində olan futbolçulara çətinliklə maaş verən klubun kənardan oyunçu alması düzgün deyil". Fanat.az xəbər verir ki, bu sözləri "Eskişəhərspor"un baş məşqçisi Ertoğrul Sağlam deyib.
Türk klubunun futbolçusu Necati Atəşin "Xəzər Lənkəran"a keçə bilcəyi deyilir. Sağlam bu futbolçunu satmağa hazır olduqlarını bildirib: "Necati Atəşə üçün hələlik rəsmi təklif almamışıq. Dəyəri ödənildikdən sonra satılmayacaq futbolçumuz yoxdu".
Fanat.az