Emil Balayevin "Roma"nın maraq dairəsinə düşməsi Türkiyə mətbuatının diqqətindən yayınmayıb. Fanat.az xəbər verir ki, bununla bağlı bu gün milliyet.com.tr-də xəbər yerləşdiridlib.
"De Sanctisin yerine Azeri Buffon!" başlıqlı xəbərdə "Neftçi"nin qapıçısının "Roma"nın transfer siyahısına düşdüyü qeyd olunur:
"20 yaşlı gənc qapıçı Balayev "Azərbaycanın Buffonu" ləqəbi ilə tanınır. Gənc qolkiperlə Avropanın öndə gedən klubları, xüsusən də "Roma" maraqlanır. "Roma"da bir müddət "Qalatasaray"da forma geyinən Morqan De Sanktisin karyerasını bitirməyə hazırlaşması bu transferə zəmin yaradıb. "Roma" rəsmiləri "İnter" matçı başda olmaq üzrə Emil Balayevi izləməyə başlayıb. Klubla müqaviləsinin müddəti dekabrda bitəcək gənc qapıçı üçün transfer haqqı ödənilməyəcək və bu amil onu bir neçə klubun maraq dairəsinə salıb".
Yazıda həmçinin bildirilir ki, Emil bir vaxtlar türk klublarının da maraq dairəsində olub.
Fanat.az