Futzal üzrə yığma komandamız dekabrın 3-dən Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışındadı. Fanat.az xəbər verir ki, komandamız bu gün və ayın 12-də Türkiyə yığması ilə iki yoxlama oyunu keçirəcək.
Baş məşqçi Joze Alesio da Silva Türkiyəyə bu futzalçıları aparıb: Buranello, Marat Salyanski, Vahid Qocayev, Felipe, Amadeu, Edu, Auqusto, Elnur Qəmbərov, Vitali Borisov, Ramiz Çovdarov, İsa Atayev, Rizvan Fərzəliyev, Rəcəb Fərəczadə, İlkin Hacıyev, Seymur Məmmədov.
Qeyd edək ki, yığmamızın aparıcı futbolçusu Maşado Nilson bu görüşlərdə forma geyə bilməyəcək. Buna səbəb onun zədəli olmasıdı.
Fanat.az