Milli komandalar arasında növbəti yoxlama oyunları keçirilib. Fanat.az xəbər verir ki, Türkiyə yığması Braziliyanı qəbul edib. "Şükrü Saracoğlu" stadionunda baş tutan oyun "sambaçılar" 4:0 hesablı qələbə qazanıb.
Hollandiya millisi Meksikanı sınağa çəkib. Oyun amerikalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Belçka İslandiyadan üstün olub - 3:1.
Bir neçə ildə müharibədən canını qurtara bilməyən Suriya yığması Malaziyanın qonağı olub və 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, milli komandamızın AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən Norveç Estoniya, Xorvatiya Argentina ilə qarşılaşıb (bu barədə başqa xəbərdə daha ətraflı OXU).
Yoxlama oyunu
12 noyabr
Malaziya - Suriya 0:3
Qollar: Nadim Sabax, 4. Sanharib Malki, 48. Ömər Xribin, 67.
Türkiyə - Braziliya 0:4
Qollar: Neymar, 20; 60. Semih Kaya, 24 (avtoqol). Villian, 44.
Hollandiya - Meksika 2:3
Qollar: Uesli Sneyder, 49. Daley Blind, 74 - Karlos Vela, 8; 62. Xavyer Hernandes, 69.
Belçika - İslandiya 3:1
Qollar: Nikolas Lombaerts, 11. Divok Origi, 62. Romelu Lukaku, 73 - Alfred Finnboqason, 13.
Fanat.az