Türkiyənin müxalifət partiyası Ronaldonu mitinqə çağırdı

Türkiyənin müxalifət partiyası Ronaldonu mitinqə çağırdı

Türkiyənin müxalifətdəki Səadət Partiyası iyulun 30-da İstanbulda Fələstinə dəstək məqsədi ilə "Böyük Qüds Mitiniqi" keçirəcək. Fanat.Az xəbər verir ki, partiya rəhbərliyi "Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldonu da mitinqə çağırıb.

Bununla bağlı partiya sədri Temel Karamollaoğlu futbolçuya dəvət məktubu göndərib. Səadət Partiyası Ronaldonun Fələstin məsələsindəki hassaslığını və fələstinli uşaqlara etdiyi böyük məbləğli yardımları nəzərə alaraq bu addımı aıtb.

"Kriştiano Ronaldo olaraq mitinqimizə qatılmağınız, fələstinli qardaşlarımız başda olmaqla məzlum coğrafiyalara ümid olmağınız baxımından önəmlidir" deyə dəvət məktubunda yazılıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər