AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar baş tutub. Fanat.az xəbər verir ki, bu gecə qitə arenalarında daha 9 oyun keçirilib.
A qrupunda qardaş Türkiyə yığması evdə meydana çıxıb. İlk turda İslandiyaya 0:3 hesabı ilə yenilən "ay-ulduz"lular yenə məğlubiyyətlə barışıb. Hesabı 8-ci dəqiqədə Umut Bulut açsa da, çexlər 2 qol vuraraq qələbə qazanıb - 2:1. İlk turda Çexiyaya yenilən Hollandiya məğlubiyyətdən güclə xilas olub. Qazaxıstanı qəbul edən "narıncılar" 17-ci dəqiqədə məğlub duruma düşüb. Hollandiya 62-cı dəqiqədə sonra 3 qol vuraraq 3:1 hesabblı qələbəyə sevib. Qrupun digər oyununda isə İslandiya Latviyanı darmadağın edib - 3:0.
B qrupunda Belçika Andorranı 6 cavabsız qolla yenib. İsrail səfərdə Cənubi Kiprə 2:1 hesabı ilə qalib gəlib. Uels - Bosniya və Herseqovina matçında isə qol vurulmayıb - 0:0.
Millimizin yer aldığı H qrupunda 3 oyun keçirilib. Azərbaycan səfərdə İtaliyaya 1:2 hesabı ilə məğlub olub. Ötən ay Bakıda millimizi yenən Bolqarıstan evdə Xorvatiyaya uduzub - 0:1. Norveç səfərdə Maltanı 3:0 hesabı ilə üstələyib.
AVRO-2016
Seçmə mərhələ
10 oktyabr
A qrupu
Latviya - İslandiya 0:3
Qollar: Qilfi Siqurdsson, 66. Aron Qunnarsson, 77. Rurik Gislason, 90.
Qırmızı vərəqə: Artoms Rudnevs, 55 (Latviya).
Hollandiya - Qazaxıstan 3:1
Qollar: Klaas-Jan Huntelaar, 62. İbrahim Afellay, 82 - Renat Abdulin, 17. Robin van Persi, 89-pen.
Qırmızı vərəqə: Baurxan Yolçiyev, 64 (Qazaxıstan).
23.45 Türkiyə - Çexiya 1:2
Qollar: Umut Bulut, 8 - Tomaş Sivok, 15. Borek Dokkal, 58.
| 1 | İslandiya | 2 | 2 | 0 | 0 | 6:0 | 6 |
| 2 | Çexiya | 2 | 2 | 0 | 0 | 4:2 | 6 |
| 3 | Hollandiya | 2 | 1 | 0 | 1 | 4:3 | 3 |
| 4 | Qazaxıstan | 2 | 0 | 1 | 1 | 1:3 | 1 |
| 5 | Latviya | 2 | 0 | 1 | 1 | 0:3 | 1 |
| 6 | Türkiyə | 2 | 0 | 0 | 2 | 1:5 | 0 |
B qrupu
Belçika - Andorra 6:0
Qollar: Kevin De Bruyne, 31-pen; 34. Naser Çadli, 37. Divok Origi, 59. Dries Mertens, 65; 68.
Cənubi Kipr - İsrail 1:2
Qollar: Konstantinos Makridis, 67 - Omer Damari, 38. Tal Ben Haim, 45.
Uels - Bosniya və Herseqovina 0:0
| 1 | Uels | 2 | 1 | 1 | 0 | 2:1 | 4 |
| 2 | Belçika | 1 | 1 | 0 | 0 | 6:0 | 3 |
| 3 | İsrail | 1 | 1 | 0 | 0 | 2:1 | 3 |
| 4 | Cənubi Kipr | 2 | 1 | 0 | 1 | 3:3 | 3 |
| 5 | Bosniya və Hersoqovina | 2 | 0 | 1 | 1 | 1:2 | 1 |
| 6 | Andorra | 2 | 0 | 0 | 2 | 1:8 | 0 |
H qrupu
İtaliya - Azərbaycan 2:1
Qollar: Corcio Kyellini, 44; 82 - Corcio Kyellini, 77 (avtoqol).
Bolqarıstan - Xorvatiya 0:1
Qol: İvika Oliç, 36.
Malta - Norveç 0:3
Qollar: Mats Daehli, 22. Yoşua Kinq, 26; 49.
| 1 | İtaliya | 2 | 2 | 0 | 0 | 4:1 | 6 |
| 2 | Xorvatiya | 2 | 2 | 0 | 0 | 3:0 | 6 |
| 3 | Norveç | 2 | 1 | 0 | 1 | 3:2 | 3 |
| 4 | Bolqarıstan | 2 | 1 | 0 | 1 | 2:2 | 3 |
| 5 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 2:4 | 0 |
| 6 | Malta | 2 | 0 | 0 | 2 | 0:3 | 0 |
Fanat.az