Türkiyəli siyasətçi Superkubok görüşünün Xankəndidə keçirilməsini təklif etdi - FOTO

Türkiyəli siyasətçi Superkubok görüşünün Xankəndidə keçirilməsini təklif etdi - FOTO

Türkiyəli siyasətçi Sinan Oğan Türkiyə Superkubok matçının Azərbaycanın Xankəndi şəhərində keçirilməsi təklif edib.

Fanat.Az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

"Oyunu ölkə xaricində keçirmək istəyirsinizsə, Xankəndi stadionunu təklif edirəm. Əks halda, bu final paytaxta yaraşar".

Qeyd edək ki, Türkiyə Superkubokunda dünən Səudiyyə Ərəbistanında keçirilməli olan "Qalatasaray" - "Fənərbağça" görüşü ləğv olunub. Buna səbəb ərəblərin Türkiyə himninin oxunmasına və komandaların Atatürkün fotosu olan köynəklərə məşqə çıxmasına icazə verməməsi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər