Türkiyəli qapıçının dağıntılar altından cəsədi çıxarıldı

Türkiyəli qapıçının dağıntılar altından cəsədi çıxarıldı

Türkiyədəki güclü zəlzələ nəticəsində dağıntılar altında qalan “Yeni Malatyaspor”un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.

Fanat.Az xəbər verir ki, bu barədə TFF 1-ci liqa təmsilçisinin baş məşqçisi Yılmaz Vural yerli mətbuata açıqlamasında məlumat verib.

O, 28 yaşlı qolkiperin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib. Daha öncə onun həyat yoldaşı dağıntılar altından sağ çıxarılmışdı.

Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş güclü və silsilə zəlzələlər nəticəsində ən son məlumatlara görə, 4544 nəfər dünyasını dəyişib, 26721 nəfər yaralanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər