Türkiyəli müdafiəçi İspaniya nəhənginin hədəfində

Türkiyəli müdafiəçi İspaniya nəhənginin hədəfində

Türkiyə milli komandasının müdafiəçisi Ozan Kabak İspaniya nəhəngi "Barselona"nın transfer siyahısına daxil olub.

Fanat.Az xəbər verir ki, İspaniya mətbuatı Kataloniya klubunun gənc müdafiəçini yaxından izlədiyini iddia edir.

Əgər bu keçid baş tutarsa, Ozan Kabak ulduz futbolçu Arda Turandan sonra "Barselona" forması geyinən ilk türk futbolçu olacaq.

Hazırda Almaniya Bundesliqasında çıxış edən futbolçu öz stabil oyunu ilə diqqətləri üzərinə çəkməyi bacarıb. Klub rəhbərliyi müdafiənin mərkəzini gücləndirmək üçün Ozanı ən uyğun namizədlərdən biri kimi görür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər