Türkiyəli futbol hakimi Özgüç Türkalp karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, 49 yaşlı referi Türkiyə Super Liqasının 16-cı turu çərçivəsində keçirilmiş "Sivasspor" – "Qalatasaray" oyunundan sonra bu addımı atmaq məcburiyyətində qalıb.
Belə ki, Türkiyə Futbol Federasiyası (TFF) İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib. Matçın 49-cu dəqiqəsində sivaslıların vurduğu top VAR-a baxıldıqdan sonra ləğv olunsa da, federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini açıqlayıb. Həmin matçın VAR hakimi məhz Özgüç Türkalp olub. Bu üzdən də o, karyerasını bitirməyə qərar verib.