Türkiyəli fiqurlu konkisürən həbs olundu

Türkiyəli fiqurlu konkisürən həbs olundu

Türkiyəli fiqurlu konkisürən Ali Efe Güneş həbs edilib.

Fanat.Az xəbər verir ki, məlumatı Türkiyə Fiqurlu Konkisürmə Federasiyasının mətbuat xidməti yayıb.

O, azyaşlı qızlara mesaj göndərməkdə, seksual qısnama və təhdidlərdə şübhəli bilinir. İdmançının 2024-cü ilin dekabrından federasiyanın bütün tədbirlərində, təlim-məşq toplanışlarında və yarışlarda iştirakına qadağa qoyulmuşdu.

Qeyd edək ki, 20 yaşlı fiqurlu konkisürən 2023-cü ildə Boğaziçi Kubokunun qalibi, həmçinin yeniyetmələr arasında Denis Ten Memorialının bürünc mükafatçısı olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər