"Türkiyədən piyada getməyə hazıram" - Balotelli

"Türkiyədən piyada getməyə hazıram" - Balotelli

"Adana Dəmirspor"un şərəfini qoruyan Mario Balotelli İtaliya millisinə qayıtmaq istəyini bildirib.

Fanat.Az "OCW Sport"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu özünü yığmada oynamağa hazır hiss edir:

“Özümü yaxşı hiss edirəm, əla formadayam. Son 2,5 il sonra hiss edirəm ki, yenidən İtaliya millisinə qayıtmağa hazıram. Bu, mənim arzumdur. Mart ayında yığmanın iştirak ərizəsində olacağımı bilsəydim, Türkiyədən piyada gedərdim”.

Qeyd edək ki, Balotelli cari mövsüm Super Liqada 12 matçda meydana çıxıb. O, 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, İtaliya DÇ-2022-nin seçmə mərhələsində qrup ikincisi kimi pley-off mərhələsinə yüksəlib. Qrupda birinci olan İsveçrə millisi isə dünya çempionatına birbaşa vəsiqə qazanıb. Pley-offda ilk mərhələ oyunları martın 24-25-də, ikinci mərhələ isə martın 28-29-da keçiriləcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər