Türkiyədən ermənilərə "Ağrı dağı qolu"

Türkiyədən ermənilərə "Ağrı dağı qolu"
Hər fürsətdə Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da torpaq iddiaları ilə çıxış edən Ermənistan növbəti həyasızlığa imza atıb. Fanat.az xəbər verir ki, Balkan Atletika çempionatına ev sahibliyi etmək istəyən tanıtım filminə Ağrı dağını və Ağrıdakı İshakpaşa sarayını salıb.
Ermənilərin həyasızlığı Türkiyə ilə yanaşı, Atletika Federasiyasının digər üzvlərinin də narazılığına səbəb olub. Qurumun gürcüstanlı üzvü "Ağrı dağı Türkiyədədi, bunun ermənilərə nə dəxli var" deyib.
Türkiyə Ermənistanın bu hərəkətini cavabsız qoymayıb. Belə ki, Türkiyə Atletika Federasiyasının prezidenti Fatih Çintimar oktyabr ayında ev sahibliyi edəcəkləri Balkan Atletika çempionatını Ağrıya təyin edib. Federasiya bununla kifayətlənməyərək mükafatlandırma mərasimini İshakpaşa sarayında keçirmək qərarına gəlib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər