Türkiyədəki hadisələr "Monako"nun gözünü qorxutdu

Türkiyədəki hadisələr "Monako"nun gözünü qorxutdu

Türkiyədəki hadisələr Türkiyənin "Fənərbaxça" klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Fransanın "Monako" klubu ilə qarşılaşacaq.

Fanat.az xəbər verir ki, İstanbulda baş tutacaq qarşılaşmadan öncə fransızlar UEFA-ya müraciət edib.

Belə ki, qardaş ölkədə baş verən son hadisələri nəzərə alan "Monako" rəhbərliyi səfərdəki oyunun başqa ölkədə keçirilməsini istəyir.

Qitənin ali futbol qurumunun isə fransızların bu istəyinə necə cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində "Fənərbaxça" və "Lion" komandaları arasında nəzərdə tutulmuş yoldaşlıq matçı da təxirə salınıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər