Türkiyədə Tahir Süleymanovdan danışdılar

Türkiyədə Tahir Süleymanovdan danışdılar
Dünən “TRT Avaz”da efirə gedən "Futbol Avrasiya" verilişində Azərbaycan futboluna geniş yer ayrılıb. Fanat.az xəbər verir ki, ötən turun oyunları ilə yanaşı, İntizam Komitəsinin məlum qərarları da müzakirəyə çıxarılıb.
 
Bu zaman “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun cəzası bitməsinə rəğmən, pul cəzasının ödənilməməsinə görə onun stadiona buraxılmamasına münasibət bildirilib. Məsələ ilə bağlı “Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin də fikrləri öyrənilib.
Qeyd edək ki, İntizam Komitəsinin qərarına əsasən 20 min manat cərimə ödənilməyəcəyi təqdirdə, Tahir Süleymanov stadiona daxil ola bilməz.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər